Bank Of Baku

Paytaxtda və Gəncədəki bir sıra ticarət obyektlərində keyfiyyətsiz ərzaq məhsulları aşkarlanıb

Paytaxtda və Gəncədəki bir sıra ticarət obyektlərində keyfiyyətsiz ərzaq məhsulları aşkarlanıb
# 10 iyul 2009 13:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən ötən gün keçirilmiş monitorinqlər zamanı bir sıra ticarət obyektlərində keyfiyyətsiz ərzaq məhsullarının satışı aşkarlanıb. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqlər zamanı Bakının Sabunçu rayonunda yerləşən “Fidan market”də, Suraxanı rayonunda “Emin market”də və “Bərəkət market”də, Xətai rayonunda “Xəzər market”də, Sabunçu qəsəbəsində “Xəzər market”də və Gəncə şəhərində “Nicat market”də ümumi çəkisi 300 kiloqrama yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, kərə yağları, ketçuplar, süd və süd məhsulları, sərinləşdirici içkilər və s. aşkar olunub. Həmin məhsullar satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş 6 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində qanunvericilik qaydasında inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, mayın 17-dən bu günədək aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 32 hüquqi şəxsə 124,5 min manat, 157 fiziki şəxsə 240,5 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR