Bank Of Baku

«Küveyt-Azərbaycan İnvestisiya Şirkəti» QSC-yə yeni baş direktor təyin olunub

«Küveyt-Azərbaycan İnvestisiya Şirkəti» QSC-yə yeni baş direktor təyin olunub
# 10 iyul 2009 14:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərbaycan İnvestisiya Şirkəti» ASC icraçı direktorunun müavini Riad Qasımov «Küveyt-Azərbaycan İnvestisiya Şirkəti» QSC-nin (KAİŞ) baş direktoru təyin olunub. Bu barədə «APA-Economics»ə KAİŞ-in baş ofisindən məlumat verilib.

Şirkətin Direktorlar Şurasının ilk iclasında qəbul edilmiş qərara əsasən, KAİŞ-in nizamnamə kapitalı da müəyyənləşdirilib. Belə ki, şirkətin nizamnamə kapitalı ilkin mərhələdə 410 min manat təşkil edəcək. Nizamnamə kapitalı səhmdarlar arasında 75% «Turkapital», 25%-i «Azərbaycan İnvestisiya Şirkəti» olmaqla bölüşdürülüb.

Şirkətin nizamnamə kapitalının 2 il ərzində tədricən 20 mln. ABŞ dollarınadək artırılması nəzərdə tutulur. Nizamnamə kapitalının artırılması 75%-25% nisbətlərinə uyğun aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR