Bank Of Baku

Azərbaycan paytaxtında və Göyçayda saxlanma müddəti ötmüş ərzaq məhsulları satan mağazalar aşkarlanıb - SİYAHI

Azərbaycan paytaxtında və Göyçayda saxlanma müddəti ötmüş ərzaq məhsulları satan mağazalar aşkarlanıb - <font color=red>SİYAHI</font>
# 15 iyul 2009 14:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin iyulun 14-də keçirdiyi monitorinqlər zamanı bir sıra ticarət obyektlərində keyfiyyətsiz məhsulların satışı aşkarlanıb. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bakının Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən “Ulduz market”də, “Gəncə market”də, Binəqədi rayonunda “Ulduzlu market”də, “Abşeron market”də, “Osman market”də, “Hobby market”də və Göyçay şəhərində yerləşən “Rauf-İ” firmasına məxsus ərzaq malları mağazasında ümumi çəkisi 250 kiloqrama yaxın saxlanma müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, kərə yağları, süd və süd məhsulları, sərinləşdirici içkilər, mayonezlər və s. aşkar olunub. Həmin məhsullar satışdan çıxarılaraq məhv edilib.

Dövlət Xidməti tərəfindən həmçinin Sumqayıt şəhərində İsrafil Kazımova məxsus tikinti materialları mağazasında 1,7 ton saxta sement aşkar edilərək satışdan çıxarılıb.

Qanunvericiliyin tələbini pozmuş 1 hüquqi və 7 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, mayın 17-dən keçirilmiş nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 34 hüquqi şəxsə 132,5 min manat, 173 fiziki şəxsə 260 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR