Bank Of Baku

Azərbaycanda keçirilmiş 519-cu pul hərracında 2 səhmdar cəmiyyətinin səhmləri satılıb

Azərbaycanda keçirilmiş 519-cu pul hərracında 2 səhmdar cəmiyyətinin səhmləri satılıb
# 15 iyul 2009 14:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanda iyulun 7-də keçirilmiş 519-cu pul hərracında 2 səhmdar cəmiyyətinin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bunlar «Xızı aqroservis» və «Yevlax Dəmir Beton» səhmdar cəmiyyətləridir. Səhmdar cəmiyyətlərinin ümumi nizamnamə kapitalı 346 550 manat, buraxılmış ümumi səhmləri 173 275, bir səhmin nominal qiyməti 2 manatdır. Hərracda satışa ümumi nominal qiyməti 105 192 manat, ilkin hərrac qiyməti isə 52 596 manat təşkil edən 52 596 səhm çıxarılıb.

Səhmlərin hamısı ilkin hərrac qiymətinə olmaqla satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR