Bank Of Baku

Azad İstehlakçılar Birliyi: Çin istehsalı olan oyuncaqlar azyaşlı uşaqlarda müxtəlif xəstəliklər yarada bilər

Azad İstehlakçılar Birliyi: Çin istehsalı olan oyuncaqlar azyaşlı uşaqlarda müxtəlif xəstəliklər yarada bilər
# 16 iyul 2009 11:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanda Çin istehsalı olan oyuncaqların yaratdığı problemlərlə bağlı mətbuat konfransı keçirib.

«APA-Economics»in məlumatına görə, E. Hüseynov bildirib ki, AİB tərəfindən Çin istehsalı olan oyuncaqlarda monitorinqlər aparılıb. Monitorinq nəticəsində məlum olub ki, bu oyuncaqlar azyaşlı uşaqlarda müxtəlif xəstəliklər törədə bilər.

E. Hüseynovun sözlərinə görə, AİB tərəfindən «Azərsun Holding» Şirkətlər Qrupunun istehsal etdiyi bitki yağlarında Genetik Modifikasiya olunmuş Orqanizmlər (GMO) predmeti üzrə də monitorinq aparılıb. Monitorinq nəticəsində şirkətin istehsal etdiyi bitki yağlarının kərə yağı iyinin verməsi aşkar edilib. «Biz AİB olaraq bunu müsbət hal hesab etmirik».

E. Hüseynov bildirib ki, GMO-nun tədqiqatı üçün «Azərsun Holding» Şirkətlər Qrupuna laboratoriyanın yaradılması təklifi verilib və təklif holdinq tərəfindən müsbət qarşılanıb. Hazırda laboratoriyanın yaradılması istiqamətində danışıqlar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR