Bank Of Baku

Azərbaycanda taxıl saxlamaq üçün anbarların yaradılması üzrə təkliflərin qəbulu elan edilib

Azərbaycanda taxıl saxlamaq üçün anbarların yaradılması üzrə təkliflərin qəbulu elan edilib
# 17 iyul 2009 11:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 6 regionda taxıl saxlamaq üçün hər birinin tutumu 10 min ton olan anbar kompleksinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə dair təkliflər qəbulunu elan edib. «APA-Economics»in məlumatına görə, bu barədə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov məlumat verib.

Anbar kompleksləri Aran, Dağlıq Şirvan, Şəki-Zaqatala, Gəncə-Qazax, Lənkəran və Yuxarı Qarabağ iqtisadi rayonlarını əhatə etməlidir. Taxılın saxlanılması, təmizlənməsi üçün müasir avadanlıqlarla təchiz olunacaq bu anbarların tikintisi layihələri SKMF-ə avqustun 31-dək təqdim olunmalıdır. Maliyyələşdiriləcək layihələr sentyabrın 17-də elan olunacaq.

N. Səfərov bildirib ki, taxıl saxlama anbarları gələcəkdə Taxıl Fondunun ehtiyatlarının saxlanılması üçün də icarəyə verilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR