Bank Of Baku

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Müşahidə Şurasının iclası keçirilib

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Müşahidə Şurasının iclası keçirilib
# 17 iyul 2009 11:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Müşahidə Şurasının iclası keçirilib. «APA-Economics»in məlumatına görə, iclasda bir sıra məsələlərə baxılıb, o cümlədən SKMF Müşahidə Şurası tərəfindən təsdiq edilmiş prioritetlərə uyğun olaraq hər biri 2 min tonluq ərzaq məhsullarının saxlama anbarları kompleksinin yaradılması üzrə layihə təklifləri açılıb.

İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib ki, SKMF tərəfindən elan edilmiş müsabiqəyə Aran iqtisadi rayonundan 14, Quba-Xaçmaz iqtisadi rayonundan 14, Gəncə-Qazax və Lənkəran iqtisadi rayonlarının hər birindən 4 təklif olmaqla, ümumilikdə 33 təklif təqdim olunub.

«Maliyyələşdiriləcək layihələr Fondun Müşahidə Şurasının iyulun 31-də keçirilən iclasında elan olunacaq», - deyə nazir müavini vurğulayıb.

N. Səfərov bildirib ki, seçimdə səmərəli təkliflərə üstünlük veriləcək: «Layihənin dəyərinin müəyyən hissəsi Fond tərəfindən, bir hissəsi isə sahibkarın özü tərəfindən maliyyələşdiriləcək. Sahibkarlar arzu edərlərsə, layihə Azərbaycan İnvestisiya Şirkəti tərəfindən də maliyyələşdirilə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR