Bank Of Baku

Dünya Bankının Sahibkarlığa Kömək İnkişaf Fonduna 100 milyon dollar kredit ayırması ilə bağlı danışıqlar aparılır

Dünya Bankının Sahibkarlığa Kömək İnkişaf Fonduna 100 milyon dollar kredit ayırması ilə bağlı danışıqlar aparılır
# 17 iyul 2009 12:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək İnkişaf Fondu (SKMF) Dünya Bankından 100 mln. ABŞ dolları vəsaitin kredit şəklində cəlbinə dair bu qurumla danışıqlar aparır. «APA-Economics»in məlumatına görə, bu barədə SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

Ş. Abdullayevin sözlərinə görə, danışıqlar müsbət nəticə verərsə, Dünya Bankı SKMF-ə 3%-lə 5-7 illiyə 100 mln. dollar kredit verəcək.

«Hazırda müzakirələr gedir. Kreditin ayrılması danışıqların nəticəsindən asılıdır», - deyə icraçı direktor bildirib.

Ş. Abdullayev bu il SKMF xətti ilə 130 mln. manat vəsaitin sahibkarlığın inkişafına yönəldilməsi planlaşdırıldığın qeyd edib. Bu günə qədər həmin vəsaitin 45 mln. manatı kredit şəklində sahibkarlara verilib.

Dövlət büdcəsində SKMF üçün nəzərdə tutulan vəsaitin 37 mln. manatının Fondun hesabına köçürüldüyünü deyən Fond rəsmisi ikinci tranşın ayrılması ilə bağlı Maliyyə Nazirliyinə müvafiq sifarişin göndərildiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR