Bank Of Baku

Azərbaycanın istehlak bazarında əhaliyə satılan malların və göstərilən xidmətlərin həcmi 9,6% artıb

Azərbaycanın istehlak bazarında əhaliyə satılan malların və göstərilən xidmətlərin həcmi 9,6% artıb
# 20 iyul 2009 11:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin yanvar-iyun aylarında Azərbaycanın istehlak bazarında əhaliyə satılan malların və göstərilən xidmətlərin həcmi 9,6% artaraq 7 248 mln. manata çatıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Artımın 69,4%-i pərakəndə əmtəə dövriyyəsinin, 30,6%-i əhaliyə göstərilən pullu xidmətlərin real həcminin artması hesabına yaranıb. İstehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin xüsusi çəkiləri müvafiq olaraq 76,6% və 23,4% təşkil edib.

Cari ilin birinci yarısında özəl müəssisələr tərəfindən əhaliyə 6 722,8 mln. manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib. Pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin real artımının 81,3%-i bu müəssisələrin fəaliyyəti hesabına təmin edilib.

Hesabat dövründə əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi müşahidə olunub. Ticarət və xidmət şəbəkələrindən hər bir ölkə sakini hər ay orta hesabla 139,6 manatlıq və ya 15,3 manat çox müxtəlif istehlak malları alıb və pullu xidmətlərdən istifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR