Bank Of Baku

İlin əvvəlindən əhaliyə 5 551,5 mln. manatlıq istehlak malları satılıb və iaşə xidmətləri göstərilib

İlin əvvəlindən əhaliyə 5 551,5 mln. manatlıq istehlak malları satılıb və iaşə xidmətləri göstərilib
# 20 iyul 2009 11:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-iyun aylarında pərakəndə ticarət və iaşə şəbəkələrində əhaliyə 5 551,5 mln. manatlıq istehlak malları satılıb və iaşə xidmətləri göstərilib. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əhaliyə satılmış istehlak malları və göstərilmiş iaşə xidmətlərinin həcmi 2008-ci ilin müvafiq dövründəkindən 8,5% çox olub.

Hesabat dövründə hüquqi şəxs statuslu və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrində pərakəndə əmtəə dövriyyəsinin real həcmi 2008-ci ilin yanvar-iyun aylarına nisbətən 13,1% artdığı halda, bazar və yarmarkalar üzrə bu artım 3,1% təşkil edib.

Pərakəndə əmtəə dövriyyəsinin real artımının 83,4%-i ticarət müəssisələrinin, 16,6%-i isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranıb.

Cari ilin əvvəlindən ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 106,9 manatlıq və ya 2008-ci ilin eyni dövrü ilə müqayisədə 10,3 manat çox müxtəlif istehlak malları alıb. Bu artım ticarət müəssisələrində 8,1 manat, bazar və yarmarkalarda 2,2 manat təşkil edib.

Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində ərzaq mallarının xüsusi çəkisi üstünlük təşkil etməkdə davam edərək 65,8% olub. Əhaliyə 3 651,1 mln. manatlıq ərzaq, 1 900,4 mln. manatlıq qeyri-ərzaq malları satılıb. Onların real həcmi uyğun olaraq 10,9%- və 3,7% artıb.

Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində (iaşənin dövriyyəsi daxil edilməklə) qeyri-dövlət müəssisələrinin xüsusi çəkisi 99,2% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR