Bank Of Baku

Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri bahalaşıb

Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri bahalaşıb
# 20 iyul 2009 11:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri 2008-ci ilin müvafiq dövrünə nisbətən 3,7% bahalaşıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitədən verilən məlumata görə, iyun ayında ərzaq məhsullarının qiymətləri may ayına nisbətən 1,1% ucuzlaşıb. Ay ərzində “Yağ və piylər” qrupu məhsullarının qiymətləri 1,7%, ”Ət məhsulları” qrupu 1,3%, “Tərəvəz” qrupu 9,7%, “Balıq məhsulları“ qrupu məhsullarının qiymətləri 1,8% düşüb, “Meyvə” qrupu məhsullarının qiymətləri 4%, “Süd məhsulları, pendir və yumurta” qrupu 1,6%, “Qəhvə, çay, kakao“ qrupu 0,2%, “Spirtli içkilər“ qrupu 0,2%, “Pivə” qrupu 0,5%, “Çörək məmulatları və yarmalar“ qrupu məhsullarının qiymətləri isə 1,4% bahalaşıb.

İyun ayında “İnşaat materialları” qrupu mallarının qiymətləri 0,3%, “Xalça və digər döşəmə örtükləri” qrupu 0,5%, “Məişət cihazları” qrupu 0,1%, “Şüşə məmulatları, yemək qabları və əşyaları” qrupu 0,2%, “Dərmanlar” qrupu 0,6%, “Zərgərlik məmulatları” qrupu mallarının qiymətləri 0,1% qalxıb. “Ayaqqabı” qrupu mallarının qiymətləri 0,3%, “Ev üçün toxuculuq məmulatları” qrupu 0,2%, “İri alət və avadanlıqlar” qrupu 0,2%, “Minik avtomobili üçün ehtiyat hissələri” qrupu 0,5%, “Minik avtomobili” qrupu mallarının qiymətlərinin 0,1% ucuzlaşmasına baxmayaraq qeyri-ərzaq mallarının qiymətləri üzrə dəyişiklik müşahidə olunmayıb.

İyun ayında əhaliyə göstərilən pullu xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsinin, ayaqqabı təmirinin, məişət cihazlarının təmirinin, tibbi xidmətlərin qiymət və tarifləri bahalaşması nəticəsində əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,2% bahalaşıb.

İyun ayında istehlak qiymətlərinin bazis indeksi may ayı ilə müqayisədə eyni səviyyədə, yanvar-iyun aylarının 2008-ci ilin yanvar-iyun aylarına nisbəti isə 104,9% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR