Bank Of Baku

Bir sıra ticarət obyektlərində saxta məhsullar aşkarlanıb

Bir sıra ticarət obyektlərində saxta məhsullar aşkarlanıb
# 21 iyul 2009 10:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin iyulun 20-də keçirdiyi nəzarət tədbirləri zamanı bir sıra ticarət obyektlərində saxta məhsullar aşkarlanıb. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqlər zamanı Bakının Sabunçu rayonunda yerləşən “Mərhəmət market”də, “Elşən market”də, “Rəna market”də və “Ziyad market”də, Xətai rayonunda “Hicran” kiçik müəssisəsinə məxsus “Hicran market”də, Xaçmaz rayonunun Yalama qəsəbəsində Nəbi İsgəndərova məxsus ərzaq mağazasında, Gəncə şəhərində “Əlioğlu market”də və Oğuz şəhərində yerləşən “Elton” mağazasında ümumi çəkisi 250 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, meyvə şirələri, pivələr, mayonezlər və s. aşkar olunub.

Həmin məhsullar satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş 1 hüquqi və 7 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati cərimələr tətbiq olunacaq.

Ümumiyyətlə, mayın 17-dən bu günədək aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 36 hüquqi şəxsə 140,5 min manat, 195 fiziki şəxsə 293 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR