Bank Of Baku

Bu ilin I yarısında Azərbaycanda əhaliyə 1 696,5 mln. manatlıq pullu xidmət göstərilib

Bu ilin I yarısında Azərbaycanda əhaliyə 1 696,5 mln. manatlıq pullu xidmət göstərilib
# 22 iyul 2009 10:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-iyun aylarında Azərbaycanda əhaliyə 1 696,5 mln. manatlıq və ya 13,1% çox pullu xidmət göstərilib. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Artımın 43,5%-ni özəl sektorun müəssisələri təmin edib. Bu müəssisələr tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2008-ci ilin eyni dövrünün səviyyəsini 7,6% üstələyərək 1 213,8 mln. manata çatıb.

Hesabat dövründə xidmət müəssisələrində hər bir ölkə sakini orta hesabla ayda 32,7 manatlıq və ya 2008-ci ilin eyni dövrü ilə müqayisədə 4,9 manat çox müxtəlif növ pullu xidmətlərdən istifadə edib. Artımın 4,1 manatı hüquqi şəxs statuslu müəssisələr üzrə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR