Bank Of Baku

Abşeron sahibkarları üçün “İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri” mövzusunda konfrans keçirilib

Abşeron sahibkarları üçün “İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri” mövzusunda konfrans keçirilib
# 22 iyul 2009 13:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti Sumqayıtda Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün “İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri” mövzusunda konfrans keçirib. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

Dövlət Xidmətinin rəisi Zahid İsayev istehlakçı hüquqlarının qorunmasında inzibati tədbirlərlə yanaşı, istehlakçıların və sahibkarların maarifləndirilməsinin əhəmiyyətini vurğulayıb. İstehlak bazarındakı mövcud vəziyyət və istehlakçı hüquqlarının qorunması sahəsində görülən işlər barədə məlumat verib. Xidmət rəisi bildirib ki, hələ də bir sıra ticarət şəbəkələrində normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, saxlama və yararlılıq müddətləri ötmüş, mənşəyi məlum olmayan, qanunvericilikdə müəyyən edilmiş qaydada sertifikatlaşdırılmayan, saxtalaşdırılmış, insan həyatı və sağlamlığı üçün təhlükəli məhsulların satılması halları mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR