Bank Of Baku

Nərimanov rayonu ərazisində bir neçə marketdə saxlama müddəti ötmüş ərzaq məhsulları aşkar olunub - SİYAHI

Nərimanov rayonu ərazisində bir neçə marketdə saxlama müddəti ötmüş ərzaq məhsulları aşkar olunub - <font color=red>SİYAHI</font>
# 23 iyul 2009 12:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin iyulun 22-də keçirdiyi növbəti monitorinqlər zamanı bir sıra obyektlərdə saxta məhsul satışı aşkarlanıb. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar zamanı Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Gənclik market”də, “Nərmin market”də, “Zəhra market”də, “Yeni market”də və “Ruslan market”də ümumi çəkisi 100 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, süd və süd məhsulları, o cümlədən mayonezlər, bitki yağları, pivələr, meyvə şirələri, sular və s. aşkar olunub. Həmin məhsullar satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş 5 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati cərimələr tətbiq olunacaq.

Ümumiyyətlə, mayın 17-dən bu günədək aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilən 36 hüquqi şəxsə 140,5 min manat, 208 fiziki şəxsə 312,5 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR