Bank Of Baku

Azərbaycan xarici ölkələrdə səhm almağı planlaşdırır

Azərbaycan xarici ölkələrdə səhm almağı planlaşdırır
# 24 iyul 2009 14:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) gələcəkdə xarici ölkələrdə ucuzlaşmış səhmlər almağı planlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.

«Səhmlərin alınması ARDNF-in gələcək planlarında var. Bu, bazar sabitləşəndən sonra mümkündür», - deyə Ş. Mövsümov vurğulayıb.

Ş. Mövsümovun sözlərinə görə, ARDNF bu məqsədlər üçün ixtisaslaşmış xarici menecerlərin xidmətindən istifadə etmək niyyətindədir.

Qeyd edək ki, ARDNF-in investisiya portfelinin 43,29%-ni agentliklər və beynəlxalq təşkilatların istiqrazları, 35,73%-ni suveren borc kağızları, 14,02%-ni maliyyə istiqrazları, 3,88%-ni depozitlər və pul bazarı alətləri, 2,27%-ni korporativ istiqrazlar, 0,45%-ni qısamüddətli kommersiya kağızları, 0,03%-ni isə səhmlər tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR