Bank Of Baku

Cari ilin ilk yarısında Azərbaycanın xarici ölkələrlə ticarətində 3 092 719,1 min ABŞ dolları müsbət saldo yaranıb

Cari ilin ilk yarısında Azərbaycanın xarici ölkələrlə ticarətində 3 092 719,1 min ABŞ dolları müsbət saldo yaranıb
# 25 iyul 2009 09:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – “APA-Economics”. Cari ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ölkələrlə ticarətində 3 092 719,1 min ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Bu barədə “APA-Economics”-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hesabat dövründə Azərbaycanın 122 ölkə ilə apardığı ticarət əməliyyatlarının həcmi 8 530 483,6 min dollar təşkil edib. Bunun 5 811 601,4 min dolları ixrac, 2 718 882,3 min dolları isə idxal əməliyyatlarının payına düşüb. Hesabat dövründə Azərbaycana 15 205,7 min dollar dəyərində əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə humanitar və texniki yardım şəklində daxil olub.

Ötən ilin müvafiq dövrünə nisbətən ixrac əməliyyatlarının həcmi 66,77% artıb, idxal əməliyyatlarının həcmi isə 11,86% azalıb.

Müvəqqəti ixrac rejimində Azərbaycandan 59 966 min dollar dəyərində mal ixrac edilib, 271 225,7 min dollar dəyərində mal isə müvəqqəti idxal olunub.

İxracın 80,10%-ni xam neft, 11,69%-ni neft məhsulları, 1,10%-ni meyvə və tərəvəz, idxalda isə 34,24%-ni maşın, elektrik avadanlıqları, elektrotexnika və onların ehtiyat hissələri, 13,35%-ni ərzaq məhsulları, 11,77%-ni nəqliyyat vasitələri və onların hissələri, qalan hissəsini isə digər əmtəələr təşkil edib.

Azərbaycanın məhsul ixrac etdiyi ölkələr arasında birinci üç yeri İtaliya (26,06%), ABŞ (12,89%), Fransa (8,42%), idxalında isə Rusiya (17,49%), Türkiyə (13,38%) və Almaniya (10,26%) tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR