Bank Of Baku

İki şadlıq evində saxta “Swell”, “Aroma” nektarları və “Perrier” mineral sularından istifadə edildiyi aşkarlanıb

İki şadlıq evində saxta “Swell”, “Aroma” nektarları və “Perrier” mineral sularından istifadə edildiyi aşkarlanıb
# 27 iyul 2009 14:27 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə SMPDK-in mətbuat xidmətindən məlumat verilib.

Komitənin əməkdaşları edilmiş müraciətlər əsasında Bakının Binəqədi, Yasamal, Nəsimi, Nərimanov, Səbail, Sabunçu, Nizami və Xətai rayonlarında yerləşən 52 şadlıq evində araşdırma aparıb. Monitorinqlər nəticəsində müəyyən olunub ki, iki şadlıq evində (“Kleopatra” və “Tac-Mahal”) üzərində Rusiya, Türkiyə və Fransa istehsalı olduğu qeyd edilən, mənşəyi məlum olmayan saxta “Swell” və “Aroma” nektarları, “Perrier” mineral suları müştərilərə təqdim olunur. Bütün hallarda adıçəkilən içkilərin satışını qadağan edən tələbnamə verilib.

Araşdırma zamanı təqdim olunan qaimələrə əsasən saxta məhsulların “Daşqın-M” MMC-də istehsal olunduğu müəyyənləşdirilib. Hazırda adıçəkilən müəssisənin ünvanı dəqiqləşdirilir və saxta məhsulların digər istehsalçılarının müəyyən edilməsi üçün müvafiq işlər aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR