Bank Of Baku

Bir neçə marketdə saxlama müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb - SİYAHI

Bir neçə marketdə saxlama müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb - <font color=red>SİYAHI</font>
# 27 iyul 2009 14:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti növbəti monitorinq keçirib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən monitorinq zamanı Bakının Nəsimi rayonunda yerləşən «World market»də, «Nərgiz» firmasına məxsus «City mart market»də, «İsgəndər market»də, Nərimanov rayonunda yerləşən «Zəngəzur market»də, Xətai rayonunda «Ülvi market»də və Sabunçu rayonunda yerləşən «F.T market»də ümumi çəkisi 100 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları - pivələr, mayonezlər, kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, sərinləşdirici içkilər və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş 1 hüquqi və 5 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində qanunvericiliyə müvafiq qaydada inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, cari il mayın 17-dən etibarən aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 37 hüquqi şəxsə 144,5 min manat, 217 fiziki şəxsə 326 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR