Bank Of Baku

SKMF-ın rəhbəri: Fondun özünümaliyyələşdirmə prinsipinə keçməsi üçün aktivlərimizin həcmi 500 mln. manat olmalıdır

SKMF-ın rəhbəri: Fondun özünümaliyyələşdirmə prinsipinə keçməsi üçün aktivlərimizin həcmi 500 mln. manat olmalıdır
# 31 iyul 2009 11:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) özünümaliyyələşdirmə prinsipinə keçməsi üçün Fondun aktivləri 500-600 mln. manat məbləğində olmalıdır. «APA-Economics»in məlumatına görə, bunu SKMF-ın icraçı direktoru Şirzad Abdullayev bildirib.
Onun sözlərinə görə, hazırda SKMF özünümaliyyələşdirmə prinsipinə keçmək üçün institusional olaraq hazırlaşır, həmçinin kənar xarici maliyyə mənbələrindən vəsaitlərin cəlb olunması istiqamətində də işləri davam etdirir: «Biz Dünya Bankı ilə Azərbaycanda kiçik və orta sahibkarların dəstəklənməsi üçün 100 min ABŞ dolları məbləğində vəsaitin cəlb olunmasına dair danışıqlar aparmışıq».
Ş.Abdullayev həmçinin vurğulayıb ki, SKMF-ın özünümaliyyələşdirmə sisteminə keçməsi ilə dövlət büdcəsindən Fonda maddi vəsaitin ayrılmayacaq. Ş.Abdullayev onu da bildirib ki, SKMF yaxın 2-3 ildən sonra (2012-2013-cü illər ərzində) özünümaliyyələşdirmə sisteminə keçərək dövlət səhmdar cəmiyyətinə çevrilə bilər.
«Cari ilin sonuna SKMF-ın kredit portfeli 380 mln. manata çatacağı gözlənilir. Ümumiyyətlə, biz 500-600 mln. manatlıq aktivlə və kənar maliyyə mənbələrdən vəsait cəlb etməklə özünümaliyyə prinisipi ilə işləyə bilərik», - deyə SKMF-ın rəsmisi bildirib.
Xatırladaq ki, SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 35 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir.
Qeyd edək ki, 2002-ci ildən etibarən SKMF tərəfindən ümumilikdə 350 mln. manatdan artıq güzəştli kredit ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR