Bank Of Baku

Bu ilin ilk 7 ayı ərzində Sahibkarlığa Kömək Milli Fondu Azərbaycan sahibkarlarına 49,2 mln. manat kredit ayırıb

Bu ilin ilk 7 ayı ərzində Sahibkarlığa Kömək Milli Fondu Azərbaycan sahibkarlarına 49,2 mln. manat kredit ayırıb
# 31 iyul 2009 12:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin ilk yeddi ayı ərzində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən ölkədə fəaliyyət göstərən sahibkarlara 49,2 mln. manat məbləğində güzəştli kredit ayrılıb. «APA-Economics»in məlumatına görə, bu barədə SKMF-ın icraçı direktoru Şirzad Abdulayev bildirib.

Onun sözlərinə görə, hesabat dövründə Fonda 1 200-dən artıq layihə təqdim olunub ki, onun da 930-u SKMF tərəfindən maliyyələşdirilib: «Yaxın gələcəkdə biz 1 000-ci sahibkara güzəştli kreditin verilməsini qeyd edəcəyik».

Qeyd edək ki, 2009-cu ilin ötən dövrü ərzində güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 3 800-dən artıq yeni iş yerinin yaradılması gözlənilir.

Xatırladaq ki, SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 35 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir.

Onu da qeyd edək ki, 2002-ci ildən etibarən SKMF tərəfindən ümumilikdə 350 mln. manatdan artıq güzəştli kredit ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR