Bank Of Baku

SKMF Azərbaycan sahibkarlarına verdiyi güzəştli kreditlərin qaytarılma həcmini bu il 2 dəfədən çox artıracaq

SKMF Azərbaycan sahibkarlarına verdiyi güzəştli kreditlərin qaytarılma həcmini bu il 2 dəfədən çox artıracaq
# 31 iyul 2009 13:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) cari il ərzində sahibkarlara verdiyi güzəştli kreditlərin qaytarılma həcmini 2 dəfədən çox artıracaq. «APA-Economics»in məlumatına görə, bunu SKMF-ın icraçı direktoru Şirzad Abdullayev bildirib.
Onun sözlərinə görə, artıq bu il ərzində SKMF-a 2008-ci ildən yığılan 11,8 mln. manat və 11 mln. manat SKMF-ın montirinqi hesabına geri qaytarılıb: «Ümumiyyətlə, cari ilin sonunadək SKMF-a 56 mln. manat məbləğində vəsaitin geri qaytarılması proqnozlaşdırılır».
Ş.Abdullayev həmçinin qeyd edib ki, 2010-cu ildə qaytarılan vəsaitlər 2009-cu ildəkindən bir qədər də çox olacağı gözlənilir.
Qeyd edək ki, 2008-ci ildə SKMF-a 27 mln. manat məbləğində vəsait geri qaytarılıb. SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 35 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir.
Cari ilin ilk 7 ayı ərzində Fond ölkədə fəaliyyət göstərən sahibkarlara 930 layihənin icrası üçün 49,2 mln. manat məbləğində güzəştli kredit ayrıb.
Onu da qeyd edək ki, 2002-ci ildən etibarən SKMF tərəfindən ümumilikdə 350 mln. manatdan artıq güzəştli kredit ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR