Bank Of Baku

Azərbaycanda keçirilən son çek hərracında 6 ASC-nin səhmləri satılıb

Azərbaycanda keçirilən son çek hərracında 6 ASC-nin səhmləri satılıb
# 03 avqust 2009 08:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu ilin iyul ayının 13-17-də Azərbaycanda keçirilmiş 115-ci ixtisaslaşdırılmış çek hərracında 6 səhmdar cəmiyyətinin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Hərracda «Kürdəmir İnşaat Xidmət», «Dəvəçi Yeyinti İstehsal», «Zərdab Sənaye İnşaat», «Sabirabad İnşaat Xidmət», «Tərtər Sənaye İnşaat» və «Goranboy Sənaye İnşaat» səhmdar cəmiyyətlərinin ümumi nominal dəyəri 38 155 manat təşkil edən 24 575 səhmi satılıb.

Səhmdar cəmiyyətlərinin buraxılmış səhmlərinin ümumi sayı 127 348 təşkil edib və hərraca 19 101 səhm çıxarılıb. Bir səhmin nominal dəyəri isə 2 manat, təqdim edilmiş sifarişlər isə 419 olub.

Qeyd edək ki, «Kürdəmir İnşaat Xidmət», «Tərtər Sənaye İnşaat»da hərracın məzənnəsi 3 səhm (çek), «Zərdab Sənaye İnşaat», «Sabirabad İnşaat Xidmət» və «Goranboy Sənaye İnşaat»da 2 çek olub. «Dəvəçi Yeyinti İstehsal» SC-də isə məzənnə 3 çek olub və burada səhmlərin bölünməsi əməliyyatı həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR