Bank Of Baku

Azərbaycan paytaxtının bir neçə qəsəbəsində müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb

Azərbaycan paytaxtının bir neçə qəsəbəsində müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb
# 03 avqust 2009 14:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti növbəti monitorinq keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən monitorinq zamanı Bakının Nəsimi rayonunda yerləşən «ROR market»də, «Şahbaz market»də, «Gold market»də, «Rəhimli market»də, Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən «Bilgəh market»də, Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsində «3 mərtəbə market»də, «Xəzər market»də, «Deluxe market»də və «Şüvəlan market»də, Buzovna qəsəbəsində yerləşən «Ceyhun market»də, «Buzovna market»də, «Kamil market»də və «Laləndə» kiçik müəssisəsinə məxsus «Zaqulba market»də, Mərdəkan qəsəbəsində «Elita market»də, Gəncə şəhərində Elmir Babakişiyevə və Şakil Məmmədbağırova məxsus ərzaq malları mağazalarında, Sumqayıt şəhərində yerləşən «Asiman» mağazasında, Saatlı rayonunun Şirinbəy kəndində Nəbi Osmanova məxsus topdansatış mağazasında, Daşkəsən şəhərində İlqar Həsənova məxsus ərzaq malları mağazasında, Qusar şəhərində yerləşən «Lider» mağazasında ümumi çəkisi 620 kq-dan çox saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, həmçinin «Malyutka», «Nutricia», «Kaşa» və «Nestle» uşaq yeməkləri və s. aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.

Monitorinqlər zamanı həmçinin Xətai rayonunda yerləşən Eldar Əmrahova məxsus sement satışı obyektində 36,6 ton saxta sement aşkar edilərək satışdan çıxarılıb.

Qanun pozuntusuna yol vermiş 1 hüquqi və 21 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib və inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, ümumiyyətlə mayın 17-dən etibarən aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 39 hüquqi şəxsə 152,5 min manat, 236 fiziki şəxsə 354,5 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR