Bank Of Baku

Bu il Azərbaycanda 100 müəssisədə dövlət əmlakından səmərəli istifadə olunması və dövlət büdcəsinə dividendlərin ödənilməsi vəziyyəti araşdırılıb

Bu il Azərbaycanda 100 müəssisədə dövlət əmlakından səmərəli istifadə olunması və dövlət büdcəsinə dividendlərin ödənilməsi vəziyyəti araşdırılıb
# 05 avqust 2009 14:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən ölkədə fəaliyyət göstərən 100 müəssisə və səhmdar cəmiyyətlərində dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, həmçinin dövlət büdcəsinə dividendlərin hesablanılması və ödənilməsi vəziyyəti araşdırılıb.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərindən 330-a yaxın balans hesabatı və 361 inventarlaşdırma aktı qəbul edilib. Komitənin idarəetməsində olan dövlət müəssisələrindən isə 181 balans hesabatı və 190-a yaxın inventarlaşdırma aktı qəbul olunub.

Bundan başqa, hesabat dövründə dövlət əmlakının istifadə vəziyyətinin təhlili, faktiki vəziyyətinin müəyyən edilməsi, onun qorunub saxlanılması və səmərəli istifadəsi, habelə bu sahədə nəzarətin gücləndirilməsinin təmin olunması məqsədilə dövlət müəssisə və təşkilatları tərəfindən 2008-ci ilin yekununa görə komitəyə 4 700 ədəd «Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında» illik xüsusi hesabat forması daxil olub və təhlil edilib.

Özəlləşdirmədən sonra alqı-satqı müqaviləsinin şərtlərinə əməl olunması və fəaliyyət profilinin saxlanılması ilə bağlı özəlləşdirilmiş 70-ə yaxın sosial təyinatlı obyektdə isə monitorinqlər aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR