Bank Of Baku

Bu il Azərbaycanda 490-a yaxın dövlət qeyri-yaşayış və torpaq sahəsi icarəyə verilib

Bu il Azərbaycanda 490-a yaxın dövlət qeyri-yaşayış və torpaq sahəsi icarəyə verilib
# 05 avqust 2009 14:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 490-a yaxın dövlət mülkiyyətində olan qeyri-yaşayış və torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə eyni zamanda icarə haqlarını ödəməyən 560-a yaxın icarəçiyə dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi ilə xəbərdarlıq məktubları göndərilib. İcarə haqlarının nağd qaydada ödənilməsinin azaldılması və şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış avtomatlaşdırılmış ödəniş sistemi üzrə icarəçilər tərəfindən 2009-cu ildə 5 min ödəniş həyata keçirilib.

Bununla yanaşı, cari ildə 50 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb və hüquq sahiblərinə dövlət reyestrindən çıxarış verilib. Bunlardan 12 200-ü fərdi yaşayış və bağ evi, 12 mini mənzil, 20,6 minə yaxını torpaq sahəsi 970-i qeyri-yaşayış binası, 910-a yaxını qeyri-yaşayış sahəsi, 200-ü əmlak kompleksi, 4-ü çoxmərtəbəli yaşayış binası, 200-ü çoxillik əkin sahələridir.

İl ərzində 48 mindən çox daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasport tərtib edilib. Bu müddətdə 7 minə yaxın ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb. Cari il ərzində hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 50 mindən çox müxtəlif məzmunlu arayışlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR