Bank Of Baku

Azərbaycanda 4 regional soyuducu anbar kompleksi inşa olunacaq

Azərbaycanda 4 regional soyuducu anbar kompleksi inşa olunacaq
# 06 avqust 2009 09:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ölkənin 4 iqtisadi rayonunda soyuducu anbar komplekslərinin tikintisinin maliyyələşdirilməsinə start verib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu ilin iyulun 31-də SKMF Quba-Xaçmaz iqtisadi rayonu üzrə 6, Aran iqtisadi rayonu üzrə 4, Lənkəran və Gəncə-Qazax iqtisadi rayonları üzrə hər birində 1 investisiya layihəsi olmaqla ölkənin 4 iqtisadi rayonunda soyuducu anbar komplekslərinin tikintisi üzrə sahibkarlıq subyektlərinin təqdim etdiyi 12 investisiya layihəsinin maliyyələşdiriləcəyini elan edib.

Artıq SKMF bu layihələrin maliyyələşdirilməsinə başlayıb. Belə ki, müvəkkil kredit təşkilatları vasitəsilə Aran iqtisadi rayonunda 2, Gəncə-Qazax iqtisadi rayonunda 1 investisiya layihəsi olmaqla 3 sahibkarlıq subyektinə güzəştli kreditlər verilib.

Qeyd edək ki, 4 iqtisadi rayonda soyuducu anbar kompleksinin yaradılmasının ümumi dəyəri 40 mln. manat məbləğindədir və bunun 60%-i (24 mln. manatı) SKMF tərəfindən maliyyələşdiriləcək. Hər bir soyuducu anbarının tutumu 2 min ton olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR