Bank Of Baku

Azərbaycanda daha 20 ticarət obyektində müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb

Azərbaycanda daha 20 ticarət obyektində müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb
# 06 avqust 2009 12:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən monitorinq zamanı Bakının Binəqədi rayonunda yerləşən «MR Company market»də, Pelaqeya Nəcəfovaya məxsus mağazada, rayonun Biləcəri qəsəbəsindəki «Cavad market»də, «Namiq market»də, «İdeal market»də, «Ağ Dükan market»də, «B tech market»də, «Tehran market»də, «Çinar market»də, «Nicat market»də, «Bizim market»də, Nizami rayonunda yerləşən «Nuray market»də, Yasamal rayonunda «Kazbek market»də, Nərimanov rayonunda «Araz market»də, «Dəniz MP» MMC-yə məxsus «Dəniz market»də, «Hikmət-86» MMC-yə məxsus «Dost market»də, Nəsimi rayonunda «Nihad market»də, Abşeron rayonunun Novxanı kəndinin Bağlar massivində Çingiz Mirzəyevə məxsus ərzaq malları mağazasında, Zaqatala şəhərində yerləşən «Bakı» topdansatış ticarət mağazasında, Gəncə şəhərində «Ay Ulduz mini market»də və Anar Qurbanova məxsus ərzaq malları mağazasında ümumi çəkisi 640 kiloqram olan saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş 1 hüquqi və 19 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib və bu şəxslərə qarşı inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, ümumiyyətlə, cari ilin mayın 17-dən aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 40 hüquqi şəxsə 156,5 min manat, 252 fiziki şəxsə 378,5 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR