Bank Of Baku

Bakıda Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək

Bakıda Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək
# 06 avqust 2009 14:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayının 12-də Almaniya-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı ilə Bakıda X Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək.

DAWF-ın Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Almaniyanın Baden-Vürttemberq torpağının baş naziri Günter Oettingerin başçılığı altında nümayəndə heyəti, həmçinin tikinti, kənd təsərrüfatı, maşınqayırma, turizm, konsaltinq, neft-qaz, təhlükəsizlik, inşaat və digər sahələrdə fəaliyyət göstərən 16 şirkətin təmsilçiləri iştirak edəcəklər. Forum çərçivəsində Almaniya və Azərbaycan şirkətləri arasında ikitərəfli görüşləri əhatə edən əlaqələr və əməkdaşlıq birjası da keçiriləcək.

Tədbirdə həmçinin Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov, sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov və bir sıra digər rəsmi şəxslərin iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR