Bank Of Baku

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 12 şirkətin lisenziyasını ləğv edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 12 şirkətin lisenziyasını ləğv edib
# 08 avqust 2009 08:53 (UTC +04:00)
Komitədən “APA-Economics”ə verilən məlumata görə, komitə “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə (layihələndirmə) xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 4.2.1 bəndinə uyğun olaraq, lisenziya almış hüquqi və fiziki şəxslərin fəaliyyətinin lisenziya tələbləri və şərtlərinə uyğunluğuna nəzarət məqsədilə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin iştiraklı ilə vaxtaşırı yoxlamalar aparır.
Bu yoxlamaların nəticəsi olaraq, lisenziya şərtlərinə və tələblərinə riayət edilməməsi səbəbindən bu il avqustun 1-dən etibarən 12 hüquqi şəxsin lisenziyasının fəaliyyəti dayandırılıb.
Bu təşkilatlar “Ata inşaat” MMC, “Ziyəddinoğlu” MMC, “İnkişaf-L& V İnşaat” MMC, “YL İnşaat LTD” MMC, “Erenport İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”, “Şinkar” İnşaat firması, “Füsal-F” Firması, “AZTEG” MMC, “Studiya İnter Dizayn” MMC, “Şirvan-S” MMC, “Stil Mühəndislik” MMC və “Azəri “ firmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR