Bank Of Baku

Bakıda Azərbaycan-Latviya biznes-forumu keçiriləcək

Bakıda Azərbaycan-Latviya biznes-forumu keçiriləcək
# 08 avqust 2009 10:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avqustun 11-də Bakıda Azərbaycan-Latviya biznes-forumu keçiriləcək. Hökumətdəki mənbələrdən «APA-Economics»ə verilən məlumata görə, biznes-forum Latviyanın prezidenti Valdis Zatlersin Azərbaycana rəsmi səfəri çərçivəsində keçiriləcək. Tədbirdə hər iki ölkənin iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərin nümayəndələri iştirak edəcək.
Biznes-forum İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və Latviyanın azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Bundan başqa, avqustun 10-da Latviyanın nümayəndə heyətinə Naxçıvan Muxtar Respublikasının investisiya imkanlarının təqdimatı keçiriləcək, həmçinin iki ölkə arasında turizm, İKT, maliyyə və təhsil sektoru üzrə dəyirmi masalar təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR