Bank Of Baku

Azərbaycanın üç əsas şəhərində 250 kq saxlama müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb

Azərbaycanın üç əsas şəhərində 250 kq saxlama müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb
# 11 avqust 2009 14:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən monitorinq zamanı Bakının Nəsimi rayonunda «Arzu market»də, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində «Anar market»də, Tamilla Həsənovaya məxsus mini marketdə, Nərimanov rayonunda «Şirin Dünya market»də, «R.A.F.-FOOD» MMC-yə məxsus «Moskva market»də, «Min bir gecə market»də, Yasamal rayonunda yerləşən Nabat Şirinovaya məxsus ərzaq malları mağazasında, Binəqədi rayonunda «Pal süd market»də, «Elcan market»də, Sumqayıt şəhərində yerləşən «Babadağ» ərzaq malları mağazasında, Gəncə şəhərində «Asiman market»də, Məmməd Əsgərova məxsus ərzaq malları mağazasında ümumi çəkisi 250 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, həmçinin «Malış» uşaq qidaları və s. aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş 11 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib və bu şəxslərə qarşı inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, ümumiyyətlə, cari ilin mayın 17-dən aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 43 hüquqi şəxsə 165 min manat, 270 fiziki şəxsə 405,5 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR