Bank Of Baku

Gürcüstanda yaşayan azərbaycanlı fermerlərə yardım göstəriləcək

Gürcüstanda yaşayan azərbaycanlı fermerlərə yardım göstəriləcək
# 11 avqust 2009 14:47 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın İqtisadi İnkişaf Nazirliyində istehlakçılar və iş adamlarının iştirakı ilə görüş keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, tədbirdə çıxış edən Gürcüstanın iqtisadi inkişaf naziri Laşa Jvaniya ölkədə istehsal olunan məhsulların keyfiyyətindən, satışın düzgün təşkil edilməsindən, məhsulların populyar olması üçün onun etiketinə, qablaşdırılmasına ciddi fikir vermək lazım olduğunu deyib. Nazir qeyd edib ki, gələcəkdə yerli məhsulların inkişafı üçün müxtəlif məqsədyönlü layihələr həyata keçiriləcək və əldə edilən keyfiyyətli məhsulların istehsalına ciddi fikir veriləcək.

«İstərdim ki, bu görüşdə Gürcüstanda yaşayan və istehsalla məşğul olan iş adamları da öz fikirlərini və problemlərini qeyd etsinlər. Bu, bizim üçün maraqlı olardı. Fikrimcə, biznesdə ayrı-seçkilik olmamalıdır. Biznes inkişaf etməli, ölkəyə gəlir gətirməlidir. Keçən il azərbaycanlıların kompakt yaşadığı Marneuli bölgəsində konserv zavodu açdıq. Biz bu biznesdən böyük nəticələr gözləyirik. Nazirliyimiz kənd təsərrüfatının inkişafını da ön plana çəkib. Avqustun 20-dək çoxlu sayda kombayn və traktor alacağıq, bu da Gürcüstanda kənd təsərrüfatının inkişafı deməkdir. Bu texnikadan azərbaycanlılar da yararlanacaqlar. Bilirəm, bu il onlar taxıl biçini zamanı texnika çatışmazlığından əziyyət çəkiblər. Gələn il belə olmayacaq», - deyə L.Jvaniya APA-ya verdiyi açıqlamasında bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR