Bakıda Azərbaycan-Almaniya biznes-forumu keçirilib
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən DAWF-ın İdarə Heyətinin sədri Marko Qraff DAWF-ın fəaliyyəti və məqsədlərindən məlumat verib. O, qeyd edib ki, 1998-ci ildən Azərbaycanda fəaliyyətə başlayan təşkilatın artıq 100-dən artıq üzvü və Azərbaycan İnvestisiya Şirkəti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) kimi partnyorları mövcuddur.
Almaniyanın Baden-Vürttemberq torpağının baş naziri Günter Oettinger çıxışında qeyd edib ki, Azərbaycan Almaniya üçün Avropadan Asiyaya birbaşa qapı açan ölkədir: “Azərbaycan uzun illərdir ki, neft-qaz sahəsində xammal istehsal edən ölkə kimi tanınır. Baden-Vürttemberq torpağı sənaye regionu olduğundan, Azərbaycanda istehsal olunan məhsullar bizim üçün maraq doğurur. Biz isə öz növbəmizdə Azərbaycana istehsal etdiyimiz texniki avadanlıqlarla cavab verə bilərik. Ümid edirəm ki, Azərbaycan və Almaniya arasında yaradılan əlaqələr hər iki ölkə üçün xeyir gətirəcək”.
G.Oettinger həmçinin gələn XI Azərbaycan-Almaniya biznes-forumunu Ştutqartda (Almaniya) keçiriləcəyini bildirib.
Tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycanın Avropa İttifaqı, o cümlədən Almaniya ilə əlaqələri inkişaf etməkdədir və təkcə Almaniya ilə Azərbaycan arasında 27 sənəd imzalanıb, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi də ilbəil artmaqda davam edir: “Azərbaycan və Almaniya arasında sənaye, İKT, kənd təsərrüfatı, turizm və bir sıra digər sahələrdə əlaqələri genişlənir”.
Azərbaycanın iqtisadi inkişafından danışan nazir həmçinin bildirib ki, ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına 65 mlrd. ABŞ dolları məbləğində vəsait yatırılıb ki, bunun da yarısından çoxu xarici sərmayədir.
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov ölkənin aqrar-sənaye sektorun barədə məlumat verib və qeyd edib ki, əgər 2006-cı ildə Azərbaycanın kənd təsərrüfatı sahəsində xarici ticarət dövriyyəsinin həcmi 706 mln. dollar təşkil edirdisə, 2007-ci ildə bu rəqəm 1,2 mlrd. dollara, 2008-ci ildə isə 1,3 mlrd. dollara çatıb: “Ümid edirəm ki, tədbir çərçivəsində iki ölkə arasında keçirilən görüşlərin Azərbaycanın aqrar-sənaye sektorunun inkişafına təkan verəcək”.
Qeyd edək ki, Almaniyanın nümayəndə heyətinin tərkibinə tikinti, kənd təsərrüfatı, maşınqayırma, turizm, konsaltinq, neft-qaz, təhlükəsizlik, inşaat və digər sahələrdə fəaliyyət göstərən 16 şirkətin təmsilçiləri iştirak edib. Forum çərçivəsində Almaniya və Azərbaycan şirkətləri arasında ikitərəfli görüşləri əhatə edən əlaqələr və əməkdaşlıq birjası da keçirilib.
Sahibkarlıq
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb
“Baku Steel Company” QSC açıq tender elan edir
“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
Xəbər Lenti
"S&P" ABB-nin nəzarətinə keçməsi ilə “Davr-Bank”ın kredit reytinqini artırıb
Şərurda ot tayası yanıb, 9 baş heyvan tələf olub - FOTO
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır
Bu günün valyuta məzənnələri
Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO
Rusiya ordusu gecə Kiyevə hücum edib, 8 nəfər yaralanıb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin”in qiyməti 77 min dollardan aşağı düşüb
Əmtəə bazarlarında qızılın qiyməti 4400 dollardan aşağı düşüb
Qlobal fond bazarlarında eniş davam edib
Nyu-York birjasında təbii qaz cüzi ucuzlaşıb
Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
“Brent” markalı neftin qiyməti 108 dolları ötüb
“Anthropic”in süni intellekt modeli nəzarətdən çıxıb internetə sızaraq üçüncü tərəfin sistemini sındırıb
Vens amerikalıları bir qrup "dəli demokrat"a səs verməməyə çağırıb
Tramp İranla müharibənin Konqres seçkilərinədək başa çata biləcəyini istisna etməyib
Tramp: İran Demokratların qələbəsi ümidi ilə münaqişəni uzadır
Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında deklarasiya imzalayıb
Oman sahilləri yaxınlığında iki gəmiyə hücum edilib
Livan və İsrail arasında danışıqlar gələn həftə Romada keçiriləcək
Vaşinqton Ər-Riyadla kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirib
“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB
Çempionlar Liqası: “Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub olub
Pezeşkian BRİCS sammitində iştirak etmək üçün Dehliyə gedəcək
Aziz Yıldırım: İsmail Kartal işinin başındadır
İran XİN rəhbəri Pakistan ordusunun komandanı ilə telefonla danışıb
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
Hacıqabulda ağır qəza, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
ABŞ İrana qarşı sanksiya siyahısına 14 fiziki şəxs və 5 şirkəti əlavə edib
Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayacaq
Karni: Kanada və Ukrayna HHM raketlərinin tədarükünü razılaşdırıb
ABŞ Argentinaya “Black Hawk” helikopterlərinin satışını təsdiqləyib
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
CENTCOM: İranın blokadası zamanı 96 ticarət gəmisinin marşrutu dəyişdirilib
İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub - VİDEO
Tramp: İranın İordaniyadakı bazaya endirdiyi zərbələr nəticəsində ABŞ təyyarələrinə zərər dəyməyib
Ömər Çelik: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır
Rusiya ordusu Pavloqrada dron zərbəsi endirib: 3 nəfər ölüb, azı 34 yaralı var
"Botafoqo" Hakim Ziyeşi transfer edib
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
Şəmkirdə istixanada yanğın olub - VİDEO
Sentyabrın 6-da keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb
CICA konfransının iştirakçıları Bakı Limanının fəaliyyəti ilə tanış olublar - FOTO
AccessBank nağd kreditlər üzrə 7%-dək endirim kampaniyasına yenidən start verib
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində növbəti panel müzakirə keçirilib - FOTO
Səfir: Meksika ilə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək - MÜSAHİBƏ
FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirib - FOTO
Zurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır