Bank Of Baku

Almaniya-Azərbaycan İqtisadi Birliyi Xarici Ticarət Palatasına transformasiya olunacaq

Almaniya-Azərbaycan İqtisadi Birliyi Xarici Ticarət Palatasına transformasiya olunacaq
# 12 avqust 2009 14:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniya-Azərbaycan İqtisadi Birliyi (DAWF) Azərbaycandakı statusunu dəyişmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bu barədə DAWF-ın İdarə Heyətinin sədri Marko Qraff bildirib.

Onun sözlərinə görə, DAWF yaxın gələcəkdə statusunu dəyişmək niyyətindədir: «Biz yaxın gələcəkdə öz statusumuzu Azərbaycan-Almaniya Xarici Ticarət Palatasına dəyişmək və fəaliyyətimizi buna uyğun şəkildə dəyişmək niyyətindəyik».

Qeyd edək ki, DAWF 1998-ci ildən fəaliyyət göstərir. Hazırda birliyin 100-dən artıq üzvü mövcuddur. DAWF Azərbaycan İnvestisiya Şirkəti və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) kimi təşkilatlarla tərəfdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR