Bank Of Baku

«Bureau Veritas Azəri» MMC-nin sertifikatlaşdırma orqanı kimi Azərbaycanda fəaliyyətinə qadağa qoyulub

«Bureau Veritas Azəri» MMC-nin sertifikatlaşdırma orqanı kimi Azərbaycanda fəaliyyətinə qadağa qoyulub
# 13 avqust 2009 07:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən «Bureau Veritas Azəri» MMC sertifikatlaşdırma orqanının Azərbaycan ərazisində fəaliyyəti razılaşdırılmayıb.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, «Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyyələrin Azərbaycan ərazisində tanınması və tətbiq edilməsi Qaydalarının təsdiq edilməsi barədə» fərmana uyğun olaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərarı ilə «Bureau Veritas Azəri» MMC-nin sertifikatlaşdırdığı təşkilatlarda «Keyfiyyəti idarəetmə sistemi»nin (KİS) fəaliyyətinə müşahidələr aparılıb.

Müşahidələr nəticəsində, ISO 9001:2000 standartının tələblərinin kobud surətdə pozulması, yəni «Bureau Veritas Azəri» MMC-nin sertifikatlaşdırdığı təşkilatlarda KİS-in qiymətləndirilməsi zamanı ISO/MEK 17021 standartının 4.4.2 yarımbəndinin tələbinə uyğun aparılmaması və «Bureau Veritas Azəri»nin sertifikatlaşdırma orqanı kimi fəaliyyət göstərməsi üçün tələb olunan beynəlxalq və milli sertifikatlaşdırma sisteminin tələblərinə uyğun rəhbəredici sənədlərinin olmaması aşkar edilib.

Qeyd olunanları nəzərə alaraq, Komitənin qərarı ilə «Bureau Veritas Azəri» MMC-nin sertifikatlaşdırma orqanı kimi Azərbaycan ərazisində fəaliyyətinin razılaşdırılmasından imtina edilib və bu fəaliyyət qanunsuz hesab edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR