Bank Of Baku

Azərbaycanda tekstil və hazır geyim assosiasiyası yaradılıb

Azərbaycanda tekstil və hazır geyim assosiasiyası yaradılıb
# 13 avqust 2009 14:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda yeni tekstil və hazır geyim assosiasiyası (AZTEX) yaradılıb.

Assosiasiyadan «APA-Economics»ə verilən məlumata görə, yeni Assosiasiyanın təqdimat mərasimində Azərbaycanın tekstil və hazır geyim müəssisələrini təmsil edən 25 nümayəndə iştirak edib və AZTEX-in məqsədləri, strategiyası və öz üzvlərinə göstərəcəyi xidmətlər haqqında məlumat verilib. Assosiasiyanın yaradılması və fəaliyyətə başlaması, eləcə də bu tədbir Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) Özəl Sektorun İnkişafı Proqramı tərəfindən dəstəklənib.

Təqdimat mərasimində AZTEX-in prezidenti Nəsimi Dadaşov Assosiasiyanın məqsədləri haqqında danışaraq qeyd edib ki, üzvlərin bütün biznes tələbləri və fəaliyyəti, milli və beynəlxalq biznes əlaqələrinin qurulması və inkişafı zamanı dəstəklənməsi və üzvlərin digər təşkilat və qurumlarda təmsil olunması Assosiasiyanın əsas məqsədlərindədir. O, həmçinin tekstil və hazır geyim istehsalı ilə məşğul olan şirkətlər üçün bazar və bu sənaye sahəsi haqqında məlumatların ötürülməsi, seminar və treninqlərin keçirilməsi, fərdi məsləhət xidmətlərinin göstərilməsi, beynəlxalq əlaqələrin qurulması və ya beynəlxalq tədbirlərdə iştirak üçün lazımi dəstəyin göstərilməsi kimi AZTEX tərəfindən təklif olunan mümkün xidmət və fəaliyyət haqqında da iştirakçılara məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR