Bank Of Baku

Sumqayıt şəhərinin nümayəndə heyəti Avstriyaya dəvət olunub

Sumqayıt şəhərinin nümayəndə heyəti Avstriyaya dəvət olunub
# 14 avqust 2009 08:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropanın 2009-cu ildə mədəniyyət paytaxtı elan olunmuş Avstriyanın Lints şəhəri Azərbaycanın Sumqayıt şəhəri ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlıdır. Bu barədə Lints şəhərinin meri Frants Dobuş tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevə ünvanlanmış məktubda qeyd olunub.

İcra Hakimiyyətindən «APA-Economics»ə verilən məlumata görə, F.Dobuş Sumqayıt şəhər rəhbərliyi ilə aparılan danışıqların növbəti mərhələsi kimi şəhərlər arasında əməkdaşlıq imkanlarını şəxsən müzakirə etmək və Lintsdə təşkil olunan mədəniyyət tədbirlərində iştirak etmək məqsədilə Sumqayıt şəhərinin nümayəndə heyətini Avstriyaya dəvət edib.

Xatırladaq ki, Azərbaycan və Avstriya arasında mövcud əlaqələrin genişləndirilməsi məqsədilə 2004-cü ildən etibarən Azərbaycanın Xarici İşlər Nazirliyi və Avstriyadakı səfirliyi vasitəsilə Sumqayıtla Lints şəhəri arasında tərəfdaşlıq münasibətlərinin qurulmasına dair danışıqlara başlanılıb. Belə ki, 2007-ci ildə Sumqayıt şəhərinin nümayəndə heyətinin Lintsə və 2008-ci ildə Lints şəhərinin sahibkarlarının Sumqayıta səfəri danışıqların sürətlənməsinə xüsusi təkan verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR