Bank Of Baku

SKMF Şəki-Zaqatala iqtisadi rayonundakı sahibkarlara güzəştli kreditlər verilib

SKMF Şəki-Zaqatala iqtisadi rayonundakı sahibkarlara güzəştli kreditlər verilib
# 14 avqust 2009 11:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Şəkidə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün növbəti tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbir iştirakçıları Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən və indiyədək SKMF-ın güzəştli kreditlərindən istifadə etmiş 35-ə yaxın sahibkarın istehsal etdiyi məhsullar və xidmətlərin sərgisi ilə tanış olub. Sərgidə kənd təsərrüfatı və emal sənayesi məhsullarının, tikinti materiallarının, qədim xalq sənəti nümunələri, eləcə də turizm xidmətləri nümayiş olunub.

Tədbir çərçivəsində həmçinin Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara SKMF tərəfindən güzəştli kreditlər verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR