Bank Of Baku

Şəkidə “Regionlarda sahibkarların inkişafına dövlət dəstəyi” mövzusunda sərgi keçirilib

Şəkidə “Regionlarda sahibkarların inkişafına dövlət dəstəyi” mövzusunda sərgi keçirilib
# 14 avqust 2009 16:07 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlara Kömək Milli Fondu (SKMF) bu gün Şəkidə “Regionlarda sahibkarların inkişafına dövlət dəstəyi” mövzusunda sərgi keçirib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna İqtisadi İnkişaf Nazirliyinin SKMF-nun Şəki-Zaqatala regional bölməsinin rəhbəri Qalib Məsimov məlumat verib. Məlumata görə, Şəki Dram Teatrının binasında təşkil olunmuş sərgidə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarların inkişaf siyasəti şöbəsinin müdürü Zaur Qasımov, 7 müvəkil kredit təşkilatının nümayəndələri, regionun 6 rayonunda( Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ) fəailiyyət göstərən 350 nəfər sahibkar və müvafiq təşkilat nümayəndələri iştirak edib. Tədbir iştirakçıları ilk öncə 6 rayonun sahibkarları tərəfindən istehsal olunan kənd təsərrüfatı və sənaye sahəsində istehsal olunan məhsullara, tikinti matiriallarına və qədim xalq sənəti nümunələrinə baxış keçiriblər. Sərgiyə baxışdan sonra İqtisadi İnkişaf Nazirliyinin Sahibkarların inkişaf siyasəti şöbəsinin müdürü Zaur Qasımov SKMF-nin fəailiyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Z. Qasımov çıxışında 2009-cu ildə respublikada sahibkarlara 61,7 milyon manat güzəştli kreditin verildiyini vurğulayıb. Daha sonra bölgəni təmsil edən 110 sahibkarla 7 müvəkil təşkilat arasında güzəştli kredit verilməsi barədə saziş imzalanıb. Ümumilikdə 110 nəfər sahibkara 1 milyon manat güzəştli kredit verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR