Bank Of Baku

Azərbaycanın şəhər və rayonlarında saxlama müddəti ötmüş daha 750 kq ərzaq məhsulları aşkarlanıb

Azərbaycanın şəhər və rayonlarında saxlama müddəti ötmüş daha 750 kq ərzaq məhsulları aşkarlanıb
# 17 avqust 2009 13:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən monitorinq zamanı Bakının Xətai rayonunda yerləşən «Elçin Orxan market»də, «Tural market»də, «Bahar market»də, «Lider market»də, «BM Bizim market»də, «Təbriz market»də, Nizami rayonunda «Orxan market»də, «Ayna market»də, Yasamal rayonunda «Sünbül market»də, «Elşad market»də, «Raul market»də, «İlkin market»də, Səbail rayonunda Telman Qasımova məxsus ərzaq malları mağazasında, Nəsimi rayonunda «Sarı market»də, Sumqayıt şəhərində 47-ci məhəllədə Sərdar Məmmədova məxsus ərzaq malları mağazasında, Goranboy rayonunun Safıkürd kəndində Gülarə Paşayevaya məxsus ərzaq malları mağazasında, Quba şəhərində Famil Bayramova məxsus ərzaq malları mağazasında və Gəncə şəhərində «Nərmin market»də ümumi çəkisi 750 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş 17 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib və bu şəxslərə qarşı inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, ümumiyyətlə, cari ilin mayın 17-dən aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 44 hüquqi şəxsə 169 min manat, 299 fiziki şəxsə 449 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR