Bank Of Baku

Azərbaycanın istehlak bazarında əhaliyə satılan malların həcmi yanvar-iyul aylarında 9,5% artıb

Azərbaycanın istehlak bazarında əhaliyə satılan malların həcmi yanvar-iyul aylarında 9,5% artıb
# 18 avqust 2009 09:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın istehlak bazarında əhaliyə satılan malların və göstərilən xidmətlərin həcmi 9,5% artaraq 8 559,5 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 69,4%-i pərakəndə əmtəə dövriyyəsinin, 30,6%-i əhaliyə göstərilən pullu xidmətlərin real həcminin artması hesabına yaranıb.

Hesabat dövründə istehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin xüsusi çəkiləri müvafiq olaraq 76% və 24% təşkil edib.

Bununla yanaşı, 2009-cu ilin yanvar-iyul aylarında özəl müəssisələr tərəfindən əhaliyə 7 924,1 mln. manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib, pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin real artımının 80,9%-i bu müəssisələrin fəaliyyəti hesabına təmin edilib.

Hesabat dövründə həmçinin əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi müşahidə olunub. Belə ki, ticarət və xidmət şəbəkələrindən hər bir ölkə sakini hər ay orta hesabla 138,5 manatlıq və ya 14,3 manat çox müxtəlif istehlak malları alıb və pullu xidmətlərdən istifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR