Bank Of Baku

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Türkiyə Standartlaşdırma İnstitutunun direktorunu qəbul edib

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Türkiyə Standartlaşdırma İnstitutunun direktorunu qəbul edib
# 19 avqust 2009 09:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Bakıda səfərdə olan Türkiyə Standartlaşdırma İnstitutunun (TSİ) direktoru Tahir Büyükhelvacıgilin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, görüşdə hər iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın inkişafında önəmli rol oynayan standartlaşdırma qurumlarının fəaliyyəti haqqında məlumatlar verilib.

Görüşdə TSİ-nin əhəmiyyətli bir təşkilat kimi Azərbaycanda yerli qanunvericiliyə uyğun fəaliyyət göstərməsi nəticəsində gələcəkdə birgə layihələrin həyata keçiriləcəyinə dair fikir mübadiləsi də aparılıb.

Müzakirələrin sonunda iki qurum arasında anlaşma memorandumu imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR