Bank Of Baku

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə İranın Ticarət, Sənaye və Mədən Palatası arasında əməkdaşlığa dair memorandum imzalanıb

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə İranın Ticarət, Sənaye və Mədən Palatası arasında əməkdaşlığa dair memorandum imzalanıb
# 20 avqust 2009 07:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) İranın Ticarət, Sənaye və Mədən Palatasının sədri Məhəmməd Nəhavəndianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə konfederasiyanın üzvü olan bir qrup şirkət rəhbərləri iştirak ediblər. Görüş Azərbaycan və İran iş adamları arasında biznes əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirməsi məqsədini daşıyıb. Görüşdə qeyd olunub ki, müştərək fəaliyyət qurulması üçün kifayət qədər imkanlar mövcuddur və bu fəaliyyətin daha intensiv və məhsuldar olması üçün bəzi təşkilati tədbirlər görülməlidir.

Tədbirin sonunda ASK və İranın Ticarət, Sənaye və Mədən Palatası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR