Bank Of Baku

Azərbaycanın şəhər və rayonlarında müddəti bitmiş daha 500 kq ərzaq məhsulları aşkarlanıb

Azərbaycanın şəhər və rayonlarında müddəti bitmiş daha 500 kq ərzaq məhsulları aşkarlanıb
# 20 avqust 2009 09:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Səbail rayonunda yerləşən «İlqar market»də, «Manuçehir market»də, «Orbit market»də, «Çinar market»də, «Teymur market»də, «Soltan» SC-yə məxsus mağazada, «Universal market»də, «Yaşıl market»də, Gülər Məmmədovaya, Natiq Ocaqverdiyevə və Səfər Ələkbərova məxsus ərzaq malları mağazalarında, Xətai rayonunda «Bizim market»də, «Tayfun market»də, «Sizin market»də, «Nicat market»də, «Uğur market»də, Sumqayıt şəhəri 12-ci mikrorayonda, Cavanşir Rüstəmova məxsus ərzaq malları mağazasında, Gəncə şəhərində Sərdar Əsgərova məxsus ərzaq malları mağazasında, Dəvəçi rayonunun Ağalıq kəndində Zahid Əsədova məxsus ərzaq malları mağazasında və Qəbələ rayonunun Zarağan kəndində Müsavər Ağanmədova məxsus ərzaq malları mağazasında ümumi çəkisi 480 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş 1 hüquqi 17 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib və bu şəxslər barədə inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, ümumiyyətlə, cari ilin mayın 17-dən aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 44 hüquqi şəxsə 169 min manat, 303 fiziki şəxsə 455 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR