Bank Of Baku

Azərbaycanda 4 regional soyuducu anbar kompleksinin tikintisinə başlanılıb

Azərbaycanda 4 regional soyuducu anbar kompleksinin tikintisinə başlanılıb
# 20 avqust 2009 12:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) dəstəyi ilə ölkənin 4 iqtisadi rayonunda soyuducu anbar komplekslərinin tikintisinə başlanılıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, artıq SKMF 12 layihənin maliyyələşdirilməsinə başlayıb və müvəkkil kredit təşkilatları vasitəsilə Aran iqtisadi rayonu üzrə 2, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 2 və Gəncə-Qazax iqtisadi rayonu üzrə 1 investisiya layihəsi olmaqla 5 sahibkarlıq subyektinə güzəştli kreditlər verib.

Qeyd edək ki, soyuducu anbarların tikintisi üzrə investisiya ləyihələrinin 70%-dək hissəsi dövlət vəsaiti hesabına maliyyələşdiriləcək. Ümumiyyətlə, 12 layihənin ümumi dəyəri 40 mln. manat təşkil edir ki, SKMF tərəfindən sözügedən layihələrin icrasına 24 mln. manat məbləğində vəsait ayrılacaq.

Xatırladaq ki, SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 35 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir.

Qeyd edək ki, 2002-ci ildən etibarən SKMF tərəfindən ümumilikdə 350 mln. manatdan artıq güzəştli kredit ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR