Bank Of Baku

Gəncədə «Sahibkarlığa dövlət dəstəyi» mövzusunda regional konfrans keçirilib

Gəncədə «Sahibkarlığa dövlət dəstəyi» mövzusunda regional konfrans keçirilib
# 21 avqust 2009 12:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gəncədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) təşkilatçılığı ilə «Sahibkarlığa dövlət dəstəyi» mövzusunda konfrans keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, AİŞ və onun törəmə şirkəti olan Xəzər Beynəlxalq İnvestisiya Şirkəti, Bakı Fond Birjasının (BFB) nümayəndələri, həmçinin Gəncə-Qazax iqtisadi rayonunda kənd təsərrüfatı, infrastruktur, logistika, turizm və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycanda özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirildiyini, bu sahəyə ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulayıb, regionlarda sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə məlumat verib, eləcə də Gəncə-Qazax iqtisadi rayonunda sahibkarlığın inkişafı imkanlarından bəhs edib.

Konfransda AİŞ-in, BFB-nın, Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin nümayəndələri, həmçinin regionda fəaliyyət göstərən şirkətlərin təmsilçiləri təqdimatlarla çıxış edib. Tədbir çərçivəsində həmçinin regionda fəaliyyət göstərən iş adamları ilə görüşlər keçirilib, onlara biznes ideyalarının formalaşdırılması və reallaşdırılması istiqamətində AİŞ, eləcə də onun törəmə şirkətləri ilə fəal əməkdaşlıq tövsiyə edilib.

Tədbirdən sonra konfrans iştirakçıları Gəncədə fəaliyyət göstərən «NAA Agrotara» MMC ilə Xəzər Beynəlxalq İnvestisiya Şirkəti arasında 2009-cu ilin iyun ayında imzalanmış və 5,5 mln. manat həcmində investisiya qoyuluşunu nəzərdə tutan müqaviləyə əsasən inşa olunmuş soyuducu anbarların fəaliyyəti ilə tanış olublar. Hazırda kompleksdə yeni müasir avadanlıqların quraşdırılması həyata keçirilir. Kompleksdə yenidənqurma işlərinin aparılması ildə 25 min ton meyvə-tərəvəzin, eləcə də digər kənd təsərrüfatı məhsullarının saxlanılmasına imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR