Bank Of Baku

Azərbaycanda Milli Akkreditasiya Sistemi yaradılır

Azərbaycanda Milli Akkreditasiya Sistemi yaradılır
# 24 avqust 2009 07:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Milli Akkreditasiya Sisteminin təməl sənədlərini hazırlayıb.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, Komitə sistemin yaradılması istiqamətində işləri sürətləndirib və bu sahədə normativ bazanın yaradılması və beynəlxalq səviyyəyə uyğunlaşdırılması üçün Komitənin müvafiq şöbələri fəal iş aparır.

Artıq Milli Akkreditasiya Sisteminin təməl sənədləri hazırlanıb ki, bunlar «Akkreditasiya sistemi, əsas müddəalar», «Akkreditasiya sisteminin uyğunluq nişanı» və «Reyestrin aparılması qaydaları»dır. Bundan başqa bu sahədə İSO/İEK 17025 (Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər) beynəlxalq standartının tətbiqi də planlaşdırılır.

Qeyd edək ki, hazırda akkreditasiya sahəsi AZS Milli Sertifikatlaşdırma Sisteminin tərkibində yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR