Bank Of Baku

Azərbaycan əhalisi bu il istehlak mallarının alışını 9,6% artırıb

Azərbaycan əhalisi bu il istehlak mallarının alışını 9,6% artırıb
# 24 avqust 2009 09:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət və iaşə şəbəkələrində əhaliyə 6 505,5 mln. manatlıq və ya 2008-ci ilin müvafiq dövründəkindən 8,5% çox istehlak malları satılmış və iaşə xidmətləri göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hüquqi şəxs statuslu və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrində pərakəndə əmtəə dövriyyəsinin real həcmi 2008-ci ilin yanvar-iyul aylarına nisbətən 13,1% artdığı halda, bazar və yarmarkalar üzrə bu artım 3% təşkil edib.

Pərakəndə əmtəə dövriyyəsinin real artımının 84%-i ticarət müəssisələrinin, 16%-i isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranıb.

Cari ilin əvvəlindən ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 105,2 manatlıq və ya 2008-ci ilin eyni dövrü ilə müqayisədə 9,6% və ya 9,2 manat çox müxtəlif istehlak malları alıb. Bu artım ticarət müəssisələrində 7,5 manat, bazar və yarmarkalarda isə 1,7 manat təşkil edib.

Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində ərzaq mallarının xüsusi çəkisi üstünlük təşkil etməkdə davam edərək 65,6% olub. Bununla yanaşı əhaliyə 4,268 mlrd. manatlıq ərzaq, 2 237,5 mln. manatlıq qeyri-ərzaq malları satılıb, onların real həcmi uyğun olaraq 10,8% və 3,7% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR