Bank Of Baku

Almaniya və Avstriya Qara dəniz və Xəzər dənizi Sahibkarlar Konfederasiyaları Birliyinə üzv olacaq

Almaniya və Avstriya Qara dəniz və Xəzər dənizi Sahibkarlar Konfederasiyaları Birliyinə üzv olacaq
# 27 avqust 2009 13:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Türkiyə İş adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Ahmet Erentok Torontoda (Kanada) işgüzar səfərdə olub.

ATİB-dən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində A.Erentok Atlantik Şurası, Kanada Türk Dərnəkləri Federasiyası, Xarici İqtisadi Əlaqələr Şurası (DEİK), Kanada Azərbaycan Ticarət Mərkəzi, Ontario azərbaycanlıları Assosiasiyası və digər təşkilat və qurumların rəhbərləri və nümayəndələri ilə görüşüb. Görüşlər çərçivəsində A.Erentok regionda ilk olaraq yalnız QHT-lərin birləşməsindən yaranmış Qara dəniz və Xəzər dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin (UBCCE) fəaliyyətindən danışıb, yaxın gələcəkdə Almaniya və Avstriya kimi ölkələrin təşkilata üzv olacağını bildirib.

Görüşlərdə həmçinin ATİB-in konsepsiya və layihələri haqqında məlumat verilib, müştərək fəaliyyətlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR